RİTUAL-MİFOLOJİ ANALİZ

IMG_1380Indi isə bütün bu eşitdiklərimiz və gördüklərimizə yekun vurub, keçəpapaq fenomeni haqqında ilk elmi qənaətlərimizi ortaya qoymağa çalıŞaq. Bunun üçün ən ümumi kontekstlərdən xüsusilərə doğru gedəcəyik. Muğanlıdakı Novruz karnavalını ilk olaraq ümümbayram – ümumnovruz kontekstində dəyərləndirmək lazım gəlir. Çünki Novruz ilk növbədə bayramdır və bu anlamda bayram fenomeninin bəŞəri-univesal strukturunu özündə daşıyır.

V.N.Toporovun ümumiləşdirməsinə görə, arxaik mifopoetik və dini ənənələrdə bayram sakral-müqəddəs sfera ilə xüsusi əlaqəyə malik zaman kəsiyidir; …Bayramın əhəmiyyətli və ayrılmaz əlaməti onun müqəddəsliyidir35. Azərbaycanın və dünyanın hər yerində olduğu kimi, Muğanlıda da Novruz bayramı ilin bütün adi günlərindən fərqli olaraq, ən əziz günləri əhatə edir və bu günlərlə bağlı bütün dəyərlər müqəddəs sayılır. Bu müqəddəsliyin kökləri ən qədim dövrlərə, insanların arxaik-mifoloji dünyagörüŞü ilə yaŞadığı kosmoloji çağa gedib çıxır. Belə ki, kosmoloji çağın ibtidai cəmiyyətlərində insanların malik olduğu biliklər ezoterik və ekzoterik olmaqla iki yerə ayrılırdı: Ezoterik biliklər – gizlin bilgilər olub, sirr kimi saxlanılan və yalnız inisiasiya ritullarından keçərək cəmiyyətin tamhüquqlu üzvünə çevrilmiŞ fərdlərin bildiyi müqəddəs informasiyalar idi. Ekzoterik biliklər – hansı yaŞ qrupunda, sosial mərtəbədə durmasından asılı olmayaraq, cəmiyyətin bütün üzvlərinin bildiyi, deyilməsi üzərində heç bir tabu qoyulmayan informasiyalar idi. Muğanlı Novruz bayramı ilə bağlı bilgilər də sakral-ezoterik biliklər sayılmıŞdır. Yada salaq ki, Muğanlı kəndinin yaŞlı əhalisi keçəpapaqların Şahının kim olmasını gizlin sirr kimi saxlayır, uŞaqları aldadaraq onlara yanlıŞ məlumat verirdilər. Bunun sonrakı epoxalarda topluma yad olan hökumətlərin (rus-çar hökuməti, sovet hökuməti) özünə ritual hakimiyyəti quran Şahı tanıya bilməməsi üçün edildiyi söylənir. Lakin Şahın kimliyinin sirr kimi saxlandığı Muğanlı toplumunda sirrin – sakral informasiyanın uŞaqlar və böyüklər arasında həqiqi və yalançı informasiyalar Şəklində bölünməsi aktı onda əski ezoterik və ekzoterik biliklər bölgüsünü bərpa etməyə imkan verir.

Novruzu əlamətdar edən, onu toplumun digər bayramlarından məzmun və forma etibarilə fərqləndirən əsas cəhət bu bayramın zamanın dəyiŞməsi, yeni ilin gəlməsi ilə bağlılığıdır. V.N.Toporov bayramların daha dolğun məna və funksiyasının köhnə ildən yeni ilə keçid zamanı üzə çıxdığını və toplumun bütün bayramlarına məxsus dəyərlərin yeni il bayramında bir araya gəldiyini göstərir36. Doğrudan da, Novruz bayramı insanlarının həyatının mənasıdır. Toplum üçün müqəddəs olan, onu milli varlıq kimi ayaqda saxlayan, etnokosmik struktur vahidi kimi dağılmağa qoymayan, ona yaŞam gücü verən dəyərlər Novruz bayramında xüsusi məna və aktuallıq qazanır. Alim yeni il bayramının bütün arxaik mifopoetik ənənələr üçün xarakterik olan funksional strukturunu belə modelləŞdirir: Bayram dünya katastrofunun (etnik kosmosun – dünyanın dağılmasının – S.R.) kəskinləŞmiŞ və gərginləŞmiŞ gözləntisi Şəraitində baŞlanır; Köhnə dünya, köhnə zaman, köhnə insan (il ərzində köhnəlmiŞ dünya, zaman, insan – S.R.) öz dövrünü gedib və onları dağılma, ölüm gözləyir; Xaosun gücləri, ola bilsin ki, dünyanın kosmik təŞkilini üstələyir; Həyat və məhsuldarlıq gücləri qurtarmaq üzrədir: onlar ölürlər (bu, özünü daha tez-tez məhsuldarlıq tanrısının ölməsi, onun bu dünyadan yox olması motivində təcəssüm etdirir); Kahin, çar-kahin (müqəddəs çar) ritual keçirir. O, qurban verilən heyvanı, yaxud insanı parçalayaraq sanki xaosun iŞini axıra, kosmikliyin sıfır nöqtəsinə «çatdırır»;ardi

Advertisements

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s