AZƏRBAYCANIN İLK HÜQUQ PROFESSORU

122112Mustafa ağa Vəkilov 25 yanvar 1899-cu ildə Tiflis şəhərində Azərbaycan xalqının görkəmli ziyalısı maarif fədaisi, ictimai xadim Məhəmməd ağa Vəkilovun ailəsində anadan olmuşdur. Atası ona öz atasının adını qoymuşdur. Ailənin yeganə övladı olmuşdur. Məhəmməd ağa Vəkilov oğlu Mustafanı orta təhsil almaq məqsədi ilə Tiflisdə 1-ci oğlanlar gimnaziyasına qoymuşdur. M.Vəkilov ilk ibtidai təhsilini zəngin bir gimnaziyada alması onun sonrakı elmi yaradıcılığına əsaslı təsir göstərmişdir. Nəzərə alsaq ki, həmin dövrdə Tiflis Qafqazın mədəniyyət mərkəzi hesab edilirdi. Təsadüfi deyil ki, həmin dövrdə şəhərin elitar mühitini əksəriyyətini məhz azərbaycanlı ziyalılar təşkil edirdi. Bu ziyalılar arasında Mustafa Vəkilovun atası Məhəmməd ağa Vəkilovun xüsusi çəkisi var idi. Mustafa Vəkilov Tiflisdə 1-ci oğlanlar gimnaziyasını bitirməsinə dair atestatında ki qiymətlərə baxdıqda məlum olur ki, o yalnız iki fəndən 4 almışdır. Qalan digər fənlərdən isə bütün qiymətləri 5 olmuşdur. Onun gimnaziyada təhsil aldığı müddətdə linqivistik isdedadı üzə çıxmışdır. M.Vəkilov eyni vaxtda fransız, alman, latın dillərini əla qiymətlərlə oxuması onun bu sahədə xüsusi isdedadından xəbər verir. M.Vəkilovun formalaşmasında gimnaziyada ona dərs demiş gürcü müəllimlərinin xidmətlərini danmaq ədalətsizlik olardı.M.Vəkilov 1917-ci ildə Tiflisdə 1-ci oğlanlar gimnaziyasını medalla bitirmişdir. O, gimnaziyanı qurtaran ili Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində Azərbaycan istiqlalını elan edəndən sonra Tiflisdə Azərbaycan Cümhuriyyətinin daimi nümayəndəliyində draqoman vəzifəsinə qəbul olunur (draqoman-diplomatik tərcüməçi; şərq ölkələrinin diplomatik nümayəndəliklərində və ya səfirliklərində diplomatik vəzifədir). Onun işi daimi nümayəndəliyə gələn məktub, ərizə və müraciətləri türkcədən ruscaya və ya əksinə tərcümə etmək idi. Bu gün Xarici İşlər Nazirliyinin arxivində draqoman M.Vəkilovun tərcümələrində onlarca sənəd saxlanılır.ardi

Advertisements

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s