2013-CÜ İL — ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVUN 150 YAŞI TAMAM OLUR

BAhbB1sHOgZmSSIYNTg3MTEvMTMzNjEyMjA3M0BBUgY6BkVGWwg6BnA6CnRodW1iSSINMzI2eDIxMCMGOwZGƏlimərdan bəy Topçubaşov 04.05.1863-cü il tarixdə Tiflisdə mülkədar ailəsində doğulub, 05.11.1934-cü il tarixdə Paris, Sen-Denidə dəfn edilib.
Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Ə.Topcubaşov Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycanın Xalq Cümhuriyyəti Parlamentinin sədri (07 dekabr 1918-ci ildən 28 aprel 1920-ci ilədək) Rusiyanın müsəlman – türk xalqının milli azadlıq hərəkatının liderlərindən olub. Birinci Tiflis gimnaziyasını (1884) və Peterburq Univerisitetinin hüquq fakültəsini (1888) fərqlənmə diplomu ilə bitirib. Təhsilini başa vurduqdan sonra bir neçə il Rusiyada işləmiş, 1894-cü ildə Bakıya gələrək, hüquq-mühafizə orqanlarında çalışmış, sonralar müstəqil vəkil kimi fəaliyyət göstərib. Hüquq elmlərinə dərindən bələd olan, Azərbaycan və rus dillərindən əlavə fars, fransız, ingilis və gürcü dillərini də mükəmməl bilən Topçubaşov tezliklə Hacı Zeynalabdin Tağıyevin diqqətini cəlb edib və 1897-ci ildə “Kaspi” qəzetinin redaktorluğu ona tapşırılıb. Bakının ictimai-siyasi həyatında fəal iştirak edən Topçubaşov Bakı Şəhər Dumasının üzvü seçilib, bir müddət onun sədri olub.ardi

Реклама