Türk Azerbaycan halkının yaşadığı toprağa vatandaşlık hakkı veren tarihin mezar taşları

Karşındaki kadim tarihe, zengin medeniyyete malik olan Türk Azerbaycan halkının yaşadığı toprağa vatandaşlık hakkı veren tarihin hatırlatıcı taşları, abidelerdir. Bu zengin miras bize atalarımızdan kalmıştır ve korunup gelecek nesillere ulaştırılmalıdır. Bu miras bizim kimliğimizi, tarihi köklerimizi büyük, kudretli Türk dünyasının bir parçası olduğumuzu onaylayan bir sanattır. Ortaya çıkarılan koç, at heykelli mezar taşları, insan figürlerini tasvir eden heykeller kendi içinde büyük tarihi bir önem taşıyor. Tasarıma ve gerçek oranlardan hayli farklı bir tarzda yontulup işlenmesine bakmayarak  plastik sanat nümuneleri kendi azamtli görünüşü ile insanı kendine hayran bırakıyor. Özellikle insan figürünün gözleri, sinesinin üstünde katlanıp yukarı açılmış elleri çok orijinal tasvir edilmiştir. Benzer şekildeki figürler Azerbaycan arazisinde de ortaya çıkmıştır ( Şamaxıda, Karabağda vs. ). Aşikar edilen bu eserlere göre diyebiliyoruz ki , Türk halkları İslamdan önce her bir yiğidin mezarının üstüne insan figürlü heykeller koyarlarmış. İlk orta asırlara ait Çin, Arap, Orta Asya medeniyyetlerinde bu tür heykellerin mukaddes sayıldığı ve onlara önem verildiği, inanıldığı kaydedilmiştir.Ardı……

Türk Azerbaycan halkının yaşadığı toprağa vatandaşlık hakkı veren tarihin hatırlatıcı taşları

goc

AZƏRBAYCAN ƏDƏBİYYATININ BORÇALI QOLU -Şurəddin MƏMMƏDLİ

Azərbaycançılıq məfkurəsinin milli mentalitet ideologiyası strateji proqramında dünya azərbaycanlılarının bu amal ətrafında birləşməsi milli-mədəni birlik siyasətinin əsas istiqamətinə, aparıcı ideoloji xəttinə çevrilmişdir. Dünya azərbaycanlılarının birinci qurultayında vurğulanmışdı ki, «bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir» «Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında » Azərbaycan Respublikasının Qanununda xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə yardım, onların mədəni irsinin öyrənilməsinə kömək göstərilməsi xüsusi vurğu ilə təsbitlənir . Azərbaycan xalqının tarixi-coğrafi lokalizasiyadan və siyasi hüdudlardan asılı olmayaraq, ədəbi fəaliyyətinin elmi araşdırılması işi də məhz həmin milli-mədəni məsuliyyət hissindən, Azərbaycançılıq təəssübkeşliyindən irəli gəlir. Müasir tarixi, ictimai-siyasi durumda Azərbaycançılıq amallarının yüksəlməsi təbii və məntiqi zərurətdir. Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların ana vətənidir. Gürcüstanda da yarım milyona yaxın azərbaycanlı yaşayır. Azərbaycan və Gürcüstan dövlətləri arasındakı yaxın dostluq münasibətləri hər iki ölkədə yaşayan soydaşlarımız arasında mənəvi ünsiyyəti, milli-mənəvi və ədəbi-mədəni vəhdəti qorumağa imkan verir. Azərbaycan dövlətinin milli-mədəni siyasətinin tərkib hissəsi olaraq Gürcüstan azərbaycanlılarına dövlət səviyyəsində diqqət yetirilir. Xüsusən də, onların tarixinin, maarifinin, folklor, ədəbiyyat, incəsənət, mətbuat ənənələrinin inkişafına qayğı göstərilir. Gürcüstandakı soydaşlarımız həm vətənpərvər vətəndaşları olduqları müstəqil Gürcüstan dövlətiylə fəxr edirlər, həm də qürur hissi keçirirlər ki, onların müstəqil Azərbaycan kimi dayağı var.ardi

Qədim Tiflis

Mirzə Məmmədoğlu

Müəllif: Mirzə Məmmədoğlu

Hər bir ölkənin toponomiyası bir çox cəhətdən maraqlıdır. Toponimlər qədim torpaqlara aid tarixi gerçəkliklərin daha yaxından öyrənilməsinə imkanlar verir.
Toponomika (yunanca topos — yer, onyma — ad deməkdir) onomastikanın tərkib hissəsi olaraq, coğrafi adları (toponimləri), onların mənasını, quruluşunu, mən-şəyini və yayılma arealını öyrənir. Hər hansı bir ərazidəki toponimlərin məcmusu onun toponomiyasını təşkil edir. Bir sıra toponimlərdə qədimdən müəyyən ərazidə yaşamış xalqların dillərinə məxsus arxaizmlər, dialektlər uzun müddət qorunub saxlanıldığından, toponimika dil tarixinin öyrənilməsində mühüm mənbə sayılır.
Toponim dilin leksik vahididir. Toponimlər tamamilə dialekt və şivələr də əlavə olmaqla dilin lüğət tərkibindən qat-qat çoxdur.
Gürcüstanda 5000-dən çox yaşayış məntəqəsi vardır ki, onların da çoxunun ayrı-ayrılıqda hərəsinin 150-200 toponimi qeydə alınmışdır. Ümumiyyətlə, respublikada bütün mikro toponimləri təxmini hesablasaq və bəzilərinin az, bəzilərinin çox olduğunu nəzərə alsaq, orta hesabla lap elə 50 götürsək, hər halda yenə 250 000-dək toponim alınar. Halbuki, gürcü dilinin 8 cildlik izahlı lüğətində cəmisi 113 min söz vardır. Başqa xalqlarda toponimlərin sayı daha da çoxdur. Məsələn, V. A. Nikonovun «Toponomikaya giriş» kitabında yazdığına görə «İsveçdə 12 milyon toponim vardır».

1Mən bu kitabımda dünyanın ən gözəl və qədim şəhərlərindən biri olan Tiflisin bizim üçün də maraqlı olan toponimlərindən qismən də olsa söhbət açacağam. Tiflis toponomiyasının əsas fondunu türk, fars, ərəb mənşəli adlar, sözlər təşkil edir.

Tiflis mənim üçün də əzizdir, doğmadır. Çünki onun qoynunda doğulmuşam. Uşaqlığım, yeniyetmə çağlarım başqa-başqa yerlərdə keçsə də, burda əmək fəaliyyətinə başlamışam. Burda ailə qurub bu yaşa çatmışam.
Tiflis toponimlərinə gəldikdə isə, deyə bilərəm ki, bu mövzu məni çoxdan narahat edirdi. Hələ Azərbaycan Dövlət Universitetində təhsil aldığım illər toponimikaya böyük həvəs göstərirdim. Odur ki, diplom işim də o vaxtlar yaşadığım el-obanın (Marneul rayonunun Alget kəndi) toponimləri barəsində oldu. O vaxtlar dövlət komissiyası tərəfindən işim yüksək qiymətləndirildi və bu sahədə axtarışlarımı davam etdirməyi mənə tövsiyə etdilər.
Tiflis toponimləri üzərində işləyərkən bir-birinə zidd olan bir çox mənbələrə baş vurmaqla yanaşı, Tiflisin bəzi qocaman sakinlərinə də müraciət etdim. Əldə etdiyim məlumatları bir-birilə müqayisə və təhlil etdim. Tiflis ilə əlaqəsi olan görkəmli şəxslərin xatirələrindən parçaları əlavə etdim. Müxtəlif rəssamların qədim Tiflisə aid rəsm əsərlərinin reproduksiyalarını, Tiflisin qədim yerlərini əks etdirən foto şəkilləri toplayaraq bu kitabın daha dolğun və gözəl çıxmasına səy göstərdim.
Əziz oxucu, istəyimə nə dərəcədə nail olmağım sizin rəyinizdən asılıdır. Müəyyən təklif və iradlarınızı bildirəcəyinizə görə irəlicədən minnətdarlığımı bildirirəm.ardi

2013-CÜ İL — ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVUN 150 YAŞI TAMAM OLUR

BAhbB1sHOgZmSSIYNTg3MTEvMTMzNjEyMjA3M0BBUgY6BkVGWwg6BnA6CnRodW1iSSINMzI2eDIxMCMGOwZGƏlimərdan bəy Topçubaşov 04.05.1863-cü il tarixdə Tiflisdə mülkədar ailəsində doğulub, 05.11.1934-cü il tarixdə Paris, Sen-Denidə dəfn edilib.
Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Ə.Topcubaşov Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycanın Xalq Cümhuriyyəti Parlamentinin sədri (07 dekabr 1918-ci ildən 28 aprel 1920-ci ilədək) Rusiyanın müsəlman – türk xalqının milli azadlıq hərəkatının liderlərindən olub. Birinci Tiflis gimnaziyasını (1884) və Peterburq Univerisitetinin hüquq fakültəsini (1888) fərqlənmə diplomu ilə bitirib. Təhsilini başa vurduqdan sonra bir neçə il Rusiyada işləmiş, 1894-cü ildə Bakıya gələrək, hüquq-mühafizə orqanlarında çalışmış, sonralar müstəqil vəkil kimi fəaliyyət göstərib. Hüquq elmlərinə dərindən bələd olan, Azərbaycan və rus dillərindən əlavə fars, fransız, ingilis və gürcü dillərini də mükəmməl bilən Topçubaşov tezliklə Hacı Zeynalabdin Tağıyevin diqqətini cəlb edib və 1897-ci ildə “Kaspi” qəzetinin redaktorluğu ona tapşırılıb. Bakının ictimai-siyasi həyatında fəal iştirak edən Topçubaşov Bakı Şəhər Dumasının üzvü seçilib, bir müddət onun sədri olub.ardi

AZƏRBAYCANIN İLK HÜQUQ PROFESSORU

122112Mustafa ağa Vəkilov 25 yanvar 1899-cu ildə Tiflis şəhərində Azərbaycan xalqının görkəmli ziyalısı maarif fədaisi, ictimai xadim Məhəmməd ağa Vəkilovun ailəsində anadan olmuşdur. Atası ona öz atasının adını qoymuşdur. Ailənin yeganə övladı olmuşdur. Məhəmməd ağa Vəkilov oğlu Mustafanı orta təhsil almaq məqsədi ilə Tiflisdə 1-ci oğlanlar gimnaziyasına qoymuşdur. M.Vəkilov ilk ibtidai təhsilini zəngin bir gimnaziyada alması onun sonrakı elmi yaradıcılığına əsaslı təsir göstərmişdir. Nəzərə alsaq ki, həmin dövrdə Tiflis Qafqazın mədəniyyət mərkəzi hesab edilirdi. Təsadüfi deyil ki, həmin dövrdə şəhərin elitar mühitini əksəriyyətini məhz azərbaycanlı ziyalılar təşkil edirdi. Bu ziyalılar arasında Mustafa Vəkilovun atası Məhəmməd ağa Vəkilovun xüsusi çəkisi var idi. Mustafa Vəkilov Tiflisdə 1-ci oğlanlar gimnaziyasını bitirməsinə dair atestatında ki qiymətlərə baxdıqda məlum olur ki, o yalnız iki fəndən 4 almışdır. Qalan digər fənlərdən isə bütün qiymətləri 5 olmuşdur. Onun gimnaziyada təhsil aldığı müddətdə linqivistik isdedadı üzə çıxmışdır. M.Vəkilov eyni vaxtda fransız, alman, latın dillərini əla qiymətlərlə oxuması onun bu sahədə xüsusi isdedadından xəbər verir. M.Vəkilovun formalaşmasında gimnaziyada ona dərs demiş gürcü müəllimlərinin xidmətlərini danmaq ədalətsizlik olardı.M.Vəkilov 1917-ci ildə Tiflisdə 1-ci oğlanlar gimnaziyasını medalla bitirmişdir. O, gimnaziyanı qurtaran ili Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində Azərbaycan istiqlalını elan edəndən sonra Tiflisdə Azərbaycan Cümhuriyyətinin daimi nümayəndəliyində draqoman vəzifəsinə qəbul olunur (draqoman-diplomatik tərcüməçi; şərq ölkələrinin diplomatik nümayəndəliklərində və ya səfirliklərində diplomatik vəzifədir). Onun işi daimi nümayəndəliyə gələn məktub, ərizə və müraciətləri türkcədən ruscaya və ya əksinə tərcümə etmək idi. Bu gün Xarici İşlər Nazirliyinin arxivində draqoman M.Vəkilovun tərcümələrində onlarca sənəd saxlanılır.ardi

RİTUAL-MİFOLOJİ ANALİZ

IMG_1380Indi isə bütün bu eşitdiklərimiz və gördüklərimizə yekun vurub, keçəpapaq fenomeni haqqında ilk elmi qənaətlərimizi ortaya qoymağa çalıŞaq. Bunun üçün ən ümumi kontekstlərdən xüsusilərə doğru gedəcəyik. Muğanlıdakı Novruz karnavalını ilk olaraq ümümbayram – ümumnovruz kontekstində dəyərləndirmək lazım gəlir. Çünki Novruz ilk növbədə bayramdır və bu anlamda bayram fenomeninin bəŞəri-univesal strukturunu özündə daşıyır. Читать далее